Mingəçevirdə orta məktəb müəllimindən YENİLİK

Mingəçevir 3 saylı məktəbin tarix müəlliməsi dərs dediyi təhsil ocağında bir ilk reallaşdırıb. Belə ki, Almaz Məmmədova burada ilk dəfə olaraq "Geniyalogiya" dərnəyi yaradıb. Tarix dərsinə köməkçi hesab edilən geniyalogiya məktəblilərə öz nəsil şəcərəsini tanımağa, öyrənməyə xidmət edir. Bir neçə müddətdir fəaliyyət göstərən dərnəyi Almaz müəllimə dərs dediyi şagirdləri ilə söhbətlərdən sonra klub formasında inkişaf etdirib. Almaz Məmmədova Yeniavaz.com saytına bildirib ki, Ağdam, Kəlbəcər, Laçın və digər rayonlardan məcburi köçkün olan şagirdlər öz nəsil şəcərələrini müxtəlif formada hazırlaya biliblər. Müəllimənin sözlərinə görə, şagirdlər yaşlı nənə-babaları vasitəsi ilə 3-4 əsr əvvələ gedib öz əcdadlarının adını, hansı peşə sahibi olduğunu öyrənə biliblər.

Almaz Məmmədova geniyalogiya ilə ilk dəfə olaraq Mingəçevirdə məşğul olduğunu və bunu daha da inkişaf etdirəcəyinə çalışacağını deyib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top