Ötən ay 132 soyuducu, 1 transformator istehsal edilib

Bu ilin yanvar ayı ərzində kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 13 milyon manatlıq məhsul istehsal olunub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 23,2 faiz, elektrik avadanlıqlarının istehsalı isə 22,3 faiz azalıb. Ay ərzində əvvəlki ilin yanvar ayı ilə müqayisədə elektrik paylayıcı və nəzərət cihazlarının hissələrinin istehsalı 30,3 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 37,3 faiz azalıb, məişət soyuducularının istehsalı 54 faiz artıb.

Qeyd edək ki, yanvar ayı ərzində ölkədə 132 ədəd məişət soyuducusu, 1 ədəd transformator istehsal edilib.

DİGƏR XƏBƏRLƏR

Top