30 min insanın müavinəti artırılıb

Dünən cənab Prezident İlham Əliyev şəhid ailələri, müharibə və 20 yanvar əlillərinin müavinətini artırılması ilə bağlı çox mühüm bir sərəncam imzalayıb. Sərəncamla həmin şəxslərə verilən müavinətlərin aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb. Bunu Milli Məclisin Əmək və sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə keçirilən iclasında çıxış edən komitə sədri Hadi Rəcəbli deyib. Komitə sədri bildirib ki, şəhid ailələri, müharibə və 20 yanvar əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman cənab prezident İlham Əliyevin diqqətindədir. “Bu sərəncam da təxminən 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələcək”.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top