Yanvar ayında adambaşına 56 qram kolbasa, 200 qram kərə yağı istehsal edilib

Bu ilin yanvar ayında emal sənayesində 752,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,8 dəfə artım, qida məhsullarının istehsalında 1 faiz, içki istehsalında isə 24,8 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 1 faiz, kərə yağı istehsalı 2,3 faiz, marqarin istehsalı 3,6 faiz, brendi (konyak) istehsalı 2,7 dəfə, alkoqolsuz içkilərin istehsalı 8,2 faiz artıb, bununla yanaşı kolbasa məmulatlarının istehsalı 0,5 faiz, duru bitki yağlarının istehsalı 27,6 faiz, cem və marmeladların istehsalı 0,8 faiz, qənd istehsalı 84 faiz azalıb.

Qeyd edək ki, ay ərzində 4133 ton pendir və kəsmik, 1996,6 ton kərə yağı, 4670,1 ton marqarin, 555,2 ton kolbasa məmulatları, 3423,8 ton duru bitki yağları, 3,9 min ton qənd istehsal edilib.

Açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablama göstərir ki, yanvar ayı ərzində adambaşına 56 qram kolbasa, 200 qram kərə yağı, 415 qram pendir və kəsmik istehsal edilib.

DİGƏR XƏBƏRLƏR

Top