Azərbaycana birdəfəyə 4-5 bala verən qoyun cinsi gətirilib

Son vaxtlar Azərbaycandakı bəzi fermerlərin təsərrüfatlarında yüksək məhsuldarlıqlı keçi və qoyunların saxlanmasına üstünlük verilir. Bu cür fermerlədən birinin verdiyi məlumata görə, şəxsi təsərrüfatında saxladığı keçi gün ərzində 5-6 litr süd verir. Eyni zamanda, qoyunlar bir dəfəyə 4-5 bala vermək qabiliyyətinə malikdir. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev deyib ki, bir çox fermerlər şəxsi təşəbbüslərilə həmin heyvanların ölkəyə gətirilməsində maraqlıdırlar:

“Həmin heyvanlar Azərbaycana nazirliyin sifarişilə gətirilmir. Ağcabədi rayonun Cəfərbəyli kəndində “BMS Aqro” təsərrüfatında “SAANEN” və “Alpin” keçiləri saxlanılır. Bildiyiniz kimi, 3 rayonda – Ağcabədi, Bərdə və İmişli rayonlarında ailə təsərrüfatına lizinq yolu ilə güzəştli şərtlərlə cins mal-qara verilib, güzəştli kredit hesabına isə intensiv heyvandarlığın inkişafı məqsədilə müasir tipli tövlə və lazımi süd sağma və yem aqreqatları ilə təmin edilib. Amma digər şəxsi təsərrüfatlardakı qoyun və keçilər nazirliyin sifarişilə gətirilməyib”. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top