Silvester Stallone: "Yaşayıram, yaxşıyam, xoşbəxtəm və sağlamam”

Dünən sosial media hesablarında dünya şöhrətli aktyor Silvester Stallonenin ölüm xəbəri yayılıb. İddiaya görə, Stallone illərdir xərçəng xəstəliyindən əziyyət çəkib və vəfat edib.Sosial media qısa zamanda əsas mövzuya çevrilən bu məsələ “Rembo”nun fanatlarını və kinosevərləri narahat edib. Ancaq Silvesterin şəxsi “Instagram” hesabından paylaşım etməsi iddianın yalan olmasını təsdiqləyib. O, paylaşımında “Xahiş edirəm elə bilin ki, bu axmaqlığı görməmisiniz. Yaşayıram, yaxşıyam, xoşbəxtəm və sağlamam”. Qeyd edək ki, 71 yaşlı aktyor haqqında 2016-cı ilin fevral ayında da ölüm xəbəri yayılmış, Stallonenin Los-Ancelesdəki evində ölü tapıldığı yazılmışdı.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top