Yerevanda yaşayış binasında partlayış olub

Ermənistan paytaxtı Yerevanda yaşayış binasında partlayış olub. Ermənistan KİV xəbər verir ki, binadakı 14 nəfər təxliyyə edilib. Partlayış şəhərin Vratsakan küçəsində baş verib. Hadisə nəticəsində binanın istinad divarı və bir balkon tamamilə uçub, həyətdə saxlanılan 10 avtomobilə ziyan dəyib. Partlayış nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə məlumat yayılmayıb. Hadisənin səbəbi araşdırılır.Report

DİGƏR XƏBƏRLƏR

Top