Yapon alim özünə bənzəyən robot düzəldib - FOTO

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını düzəldib. Qurğu xarici görünüşünə görə alimdən fərqlənmir. ICTnews-a istinadən xəbər verir ki, “Geminoid” adlanan robot hissləri sensorlarla idarə olunan mimikalarla ifadə edir və süni intellekt vasitəsilə danışır. Qurğunun təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq artıq bu gün robot tələbələrlə məşğələlərin aparılmasına kömək edir. Müəllif zalla robot oxşara quraşdırılan videokamera və dinamiklərin köməyi ilə işləyir. H.İşiquro qeyd edib ki, robotu yaratmaqda məqsədim onun məni konkret yerdə texnoloji və praktiki baxımdan əvəz edə bilməsindən ibarət olub. Alim vurğulayıb ki, daha çətin əl ilə toxunulan yumşaq və elastik dərini düzəltmək olub. O, obrazı orijinala yaxınlaşdırmağa imkan verir. Elektron sxem mütəmadi təkmilləşdiriləcək, zaman ötdükcə isə “Geminoid” robotunun xarici görünüşünü dəyişmək lazım olacaq, çünki o, insandan fərqli olaraq qocalmır.Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top