"Youtube"də videolarına ən çox baxılan azərbaycanlılar - SİYAHI

Planetin ən böyük video paylaşma sistemi olan "Youtube" hazırda dünyada və Azərbaycanda internet istifadəçilərinin ən çox daxil olduğu veb-sayt hesab olunur. 2005-ci ildə qurulan və 2006-cı ildə dünyanın ən böyük axtarış sistemi ola "Google" tərəfindən 1,65 milyard dollara satın alınıb. Yeniavaz.com bu ilin əvvəlinə olan statistik göstəricilərə istinadən xəbər verir ki, bugünə kimi "Youtube"da ən çox baxılan videolar "Ryan ToysReview" adlı kanal tərəfindən yüklənib. "Ryan ToysReview" kanalı tərəfindən "Youtube"yə yüklənən videolar bugünə kimi 16,9 milyard dəfə izlənilib. İkinci sırada yer alan "PewDiePie" kanalı tərəfindən yüklənən videolar internet istifadəçiləri tərəfindən 16,6 milyard dəfə izlənilib. "Ryan ToysReview" kanalının 12,4 milyon, "PewDiePie" kanalının isə 60,9 milyon abunəçisi var. Məlumdur ki, "Youtube" reklamlardan əldə etdiyi gəirlərin müəyyən bir hissəsini veb-sayta video yükləyən kanallarla paylaşır. Məşhur "Forbes" jurnalının məlumatına görə, "Ryan ToysReview" kanalının video paylaşmalardan əldə etdiyi gəlir 2017-ci ildə 11 milyon dolar olub.

Son illər Azərbaycanda da internet istifadəçiləri tərəfindən "Youtube" saytında kanallar açılmaqdadır. Açıqlanan son statistik göstəricilərə görə, qeydiyyat yeri kimi Azərbaycanı göstərən kanallar arasında videoları ən çox izlənilən "AzadliqRadiosu" hesab olunur. Bu günə kimi bu kanalın "Youtube" yüklədiyi videoları 155,3 milyon dəfə izləyiblər.

Şəxs adı daşıyan "Youtube" kanalları arasında videoları ən çox izlənilən isə "Mursel Qulami" kanalı olub - 61 milyon izləmə. Müğənni Röya Ayxanın kliplərinin paylaşıdığı "Röya Offical" kanalının videoları 47,7 milyon dəfə izlənilib. "Emin Efendi" adlı kanalın videoları 39,1 milyon, "Sema Abiyeva" kanalın videoları 14,2 milyon, "Pantural" adlı kanalın videoları 8 milyon, "Haci Ramil" adlı kanalın videoları 6,7 milyon, "Aygün Kazımova" adlı kanalın videoları 6,67 milyon, "Orxan Allahverdiyev" adlı kanalın videoları isə 6,4 milyon dəfə izlənilib.

Bunlardan başqa "Khan Arza", "Umud Urmulu", "Zara Agali", "Elnur Majıdlı", "İlkin Hasani" adlı kanallar tərəfindən yüklənən videolar da çox izlənənlər siyahısında ön sıralarda qərarlaşıblar.

Videoların izlənmə sayına görə ilk 10-luqda qərarlaşan kanallar bunlar olub:

Kanalın

adı

Videoların

izlənmə sayı

Kanalın abunəçi sayı

AzadliqRadiosu

155 mln. 312 min 948

192 min 292

APA TV

148 mln. 2 min 786

133 min 851

ATV Cinema

133 mln. 811 min 175

152 min 916

BozbashPictures

87 mln. 780 min 487

242 min 222

Kanal13AZ

80 mln. 197 min 667

139 min 678

Baku Music Factory

72 mln. 298 min 792

107 min 574

Mursel Qulami

61 mln. 56 min. 223

84 min 372

Baku Online

52 mln. 97 min 936

71 min 931

Plainrock124

49 mln. 105 min 809

294 min 515

Röya Offical

47 mln. 735 min 75

104 min 25

DİGƏR XƏBƏRLƏR

Top