4 ölkə “İpək yolu”na alternativ axtarır

Dörd ölkə Çinin “Müasir İpək yolu” olaraq görülən “Bir Qurşaq və Bir Yol” layihəsinə qarşı alternativ yol tapmaq üçün müzakirələr aparır. Yeniavaz.com-un “Dünya” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ, Yaponiya, Hindistan və Avstraliya Çinin layihəsinə alternativ marşrut formalaşdırmaq məqsədilə birgə səy göstərəcək. ABŞ Prezidenti Donald Tramp bu həftə Avstraliyanın Baş naziri Malkolm Ternbull ilə bu məsələni müzakirə edəcək. Alternativ marşrut planının hələlik fikir mərhələsində olduğu bildirilir. Qeyd edək ki, 1 trilyon dollar dəyərində olan “Bir Qurşaq və Bir Yol” layihəsi Asiyadan Yaxın Şərqə, Avropaya və Afrikaya uzanan ticarət şəbəkəsinin qurulmasını nəzərdə tutur. 65 ölkəyi, dünya əhalisinin 60 faizini və qlobal ümumi daxili məhsulin üçdə birini əhatə etməsi planlaşdırılan layihənin marşrutunda Bakı-Tbilisi-Qars dəmir yolu da yer alır.

DİGƏR XƏBƏRLƏR

Top