Çavuşoğlu Suriya ordusunun Afrinə girmə ehtimalına münasibət bildirib

Suriya rejiminin Afrini PKK-YPG terror təşkilatını təmizləmək məqsədi ilə bölgəyə girməsində problem yoxdur.

Yeniavaz.com-un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, əgər rejim YPG-yi qorumaq üçün Afrinə daxil olarsa, o zaman heç kəs Türkiyəni və türk əsgərini dayandıra bilməz: "Bu, Afrin, Mənbic, Fərat çayının şərqi üçün də keçərlidir. Afrin əməliyyatını PKK-YPG-ni təmizləmək üçün başladıq. Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik".

DİGƏR XƏBƏRLƏR

Top