Gürcüstan və Azərbaycan arasında elektrik enerjisi müəmması: Kim doğru deyir?

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 2 milyon 566,5 min dollar dəyərində 60 milyon 611 min kVt/saat elektrik enerjisi ixrac edilib. Yeniavaz.com Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri əvvəlki aylarla müqayisədə dəyişməz qalıb. Belə ki, bu ilin yanvar ayında xaricə satılan elektrik enerjisinin qiyməti də 4 sent və ya 7 qəpik təşkil edib. Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur. Bildiyimiz kimi elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (limitdən - 300 kVt/saat-dan artıq olduqda) bərabərdir.

Açıqlanan statistika ilə bağlı maraqlı məqamlardan da biri də, Gürcüstan Milli Statistika Xidməti tərəfinin açıqlanan rəqəmlərlə Azərbaycanın rəsmi qurumlarının açıqladığı rəqəmlər üst-üstə düşmür. Məsələn, Gürcüstan Gömrük Xidmətinin bu ilin yanvar ayına olan məlumatına görə Azərbaycandan 9 milyon 383 min dollar dəyərində elektrik enerjisi satın alıblar. Halbuki Azərbaycan Gömrük Komitəsinin eyni dövrü, yəni ilin ilk ayını əhatə edən hesabatında qeyd olunur ki, xaricə ümumilikdə 2 milyon 566,5 min dollarıq enerjisi satılıb. Göründüyü kimi, iki ölkənin rəsmi qurumlarının eyni dövrü əhatə edən hesabatlarında 3,6 dəfə fərq var.

Məlumat üçün onu da qeyd edək ki, Gürcüstan tərəfi yanvar ayında Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyərini açıqlasa da, miqdarını açıqlamayıb. Halbuki digər əsas məhsulların həm dəyəri, həm də miqdarı açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top