Yağışlardan sonra Bakının iki rayonunda subasma aktivləşib

Son günlər atmosfer yağıntılarının təsirindən Bakının Binəqədi və Sabunçu rayonlarında subasma prosesləri aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib ki, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.

Dəstə rəisi qeyd edib ki, Sabunçu rayonu – Maştağa, Zabrat, Daş Karxanası yaşayış massivi, Şuşa şəhərciyi, Kürdəxanı, Savalan subasma sahələrində də aktivlik baş verib. APA

DİGƏR XƏBƏRLƏR

Top