"Milan"ın sahibi müflis oldu

2 il əvvəl "Milan" futbol klubunu satın alan çinli milyarder Yonqhonq Li müflisləşib.

Yeniavaz.com-un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, "Milan"ı 740 milyon avro qarşılığında satın alan "Taobao" ticarət şirkətinin sahibi müflis olub.

Belə ki, Çində onun borclu olduğu banklar iş adamı barəsində məhkəmədə iddia qaldırıb.

Məhkəmə borcların qaytarılması üçün şirkətin aktivlərini hərraca çıxarmaq barədə qərar qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top