Xarici sərmayənin 89%-i 9 ölkənin payına düşüb

2018-ci ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 459,8 milyon manat vəsait yönəldilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitlər əsas kapitala yönəldilən ümumi vəsaitlərin 47,9%-ni təşkil edib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 408,7 milyon manatı (88,9%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ, Norveç sərmayədarlarına məxsus olub.

DİGƏR XƏBƏRLƏR

Top