Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

Rusiya İstintaq Komitəsi Yeni Moskvada üç yaşlı azərbaycanlı Zəhra Rzayevanın ölümünün səbəbini açıqlayıb. İlkin araşdırmalara əsasən, azyaşlı ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib. Bildirilir ki, KİV-də uşağın uzun müddət şaxtalı havada nəzarətsiz qalması ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.

Ekspertiza göstərib ki, Zəhra Rzayeva donma nəticəsində vəfat etməyib, həmçinin onun bədənində xəsarət izləri aşkarlanmayıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, gəzinti zamanı azyaşlının ürəyi dayanıb. Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top