Bel ağrısının 9 SƏBƏBİ

Bel ağrısı şikayəti olan bir çox insan belində onurğa yırtığı (qrija) olduğunu düşünür. Bəzən bundan qorxuya düşən insanlar xüsusən özəl xəstəxanalara müraciət edir, fürsətdən istifadə edən bəzi həkimlər də onları lazım oldu-olmadı müayinələrə cəlb edirlər. Yeniavaz.com saytı bel ağrılarının 9 səbəbini təqdim edir.

1. Stress

Stresin orqanizminə fərqli şəkillərdə zərər verdiyini bilirik. Bunlardan biri də bel ağrılarıdır. Stres hormonu səbəbi ilə gərilən bel sümükləri ağrıya səbəb olur. Xüsusilə iş həyatındakı streslə birlikdə gərilən bədən "həyəcan təbili" çalır.

2. Hərəkətsiz yaşam

İdmanla məşğul olmamaq, piyada gəzməmək, bütün gün oturaq işdə çalışmaq bir müddət sonra belə ağrılarına gətirib çıxarır.

3. Onurğa yırtığı

Ağır bir şey qaldırmaq, bədəni çətin hərəkətlərə məcbur etmək və ya bir qəza nəticəsində sümüklər arası disklərin pozulması və ya yırtılması nəticəsində qığırdaq zədələnir və yerindən çıxır ki, bu da onurğa yırtığına səbəb olur. Həmin hissədə sinirlərin sıxılması əvvəl həmin nahiyədə, sonra isə topuqlara qədər enən şiddətli ağrılara səbəb olur.

4. Ofis masanız

Oturaq işdə çalışanların çoxu otuqduqları masaya çox da diqqət yetirmirlər. Oturaq iş onsuz da zamanla bel ağrılarına səbəb olur, ancaq iş stolunuzun, masanızın əlverişsiz olması bu prosesi daha da sürətləndirə bilir.

5. Artıq çəki

Artıq çəki insan sağlamlığını bir neçə cəhətdən təhdid edir. Ürək-damar xəstəlikləri, təzyiq, şəkərlə yanaşı, bel ağrılarını da buna misal göstərmək olar.

6. Narahat yataq

Yatağınız uzandığınız zaman narahatdırsa, bu tez-gec sizdə bir problem yaradacaqdır. Uzandığınız zaman belinizlə yataq arasında boşluq qalmamalıdır. Yatağınız nə çox yumşaq, nə də çox sərt olmalıdır.

7. Fəqərə sürüşməsi

Fəqərə sürüşməsi ağır yük qaldırma, bədəni gücə salma, yıxılma və ya qəza səbəbindən baş verə bilər. Bəzən fəqərə sürüşməsi onurğa yırtığı ilə qarışdırılır, ancaq bunlar fərqli-fərqli şeylərdir.

Fəqərə sürüşməsi sinirlərin sıxılmasına səbəb olur ki, bu da gərilmələrə, bel, ayaq ağrılarına gətirib çıxarır.

Fəqərə sürüşməsi olan şəxslər müəyyən bir məsafəni qət edərkən bel və ayaq ağrısı üzündən dayanmaq istəyirlər. Ağrı ilə yanaşı, ayaqlarda keyimə, göynəmə olur, bu insanlar ayaq üstə dura bilməkdə çətinlik çəkirlər.

8. Əzələ ağrıları

Bel ağrılarının çoxu əzələ ağrıları ilə bağlıdır. Adət etdiyinizdən çox fiziki iş gördükdə bel əzələlərində gərilmə ola bilir. Əşya, yük daşıdıqda, yaxud uzun bir məsafəyə piyada getdikdə beliniz ağrıya bilər ki, bu tip ağrılar da bir az fasilə verdikdən sonra keçib gedər. Bundan başqa mövsüm dəyişiklikləri, küləkli havada qalmaq, kondisioner altında durmaq bel ağrısına səbəb ola bilir.

9. Qarın sümüklərinin zəif olması

Bel ağrılarının bir başqa səbəbi də qarın sümüklərinin nazik olması ola bilər. Qarın sümükləri zəif olanda bel sümükləri gücə düşür, yükü artır. Düz oturmaqla, müntəzəm məşqlə qarın sümüklərini gücləndirmək olar.

Həkimlərin fikrincə, bel ağrılarının təbii müalicəsinin ən effektiv yolu piyada gəzməkdir. İlk vaxtlar mütəmadi piyada gəzdikdə belinizdə ağrılar ola bilər, ancaq zamanla vəziyyətin düzəldiyinin şahidi olacaqsınız.

DİGƏR XƏBƏRLƏR

Top