Xaricdən gətirilən kərə yağı ucuzlaşıb: Marketlərdə qiymətlər niyə enmir?

Bu ilin yanvar ayı ərzində ölkəyə 4 milyon 935,6 min dollar dəyərində 840,6 ton kərə yağı idxal olunub.

Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk ayında idxal etdiyimiz kərə yağının miqdarı 33,9% və ya 432,2 ton azalıb.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında ixrac olunan kərə yağının gömrük dəyəri son bir ildə kəskin artıb. Kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar ayında 3,13 dollar (5,3 manat) olduğu halda, bu ilin ilk ayında 5,87 dollara (9,98 manat) yüksəlib.

Lakin onu da bildirək ki, ötən ilin dekabr ayına nisbətdə idxal edilən kərə yağının gömrük dəyərində ucuzlama qeydə alınıb. Belə ki, 2017-ci ilin dekabr ayında ölkəyə gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 6,1 dollar (10,5 manat) olub. Rəqəmlərdən də göründüyü kimi son bir ay ərzində kərə yağının hər kiloqramı ölkəyə təxminən 50 qəpik daha ucuz daxil olub. Lakin onu da bildirək ki, bu ucuzlaşma son bir ay ərzində pərakəndə satış mağazalarında qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top