ABŞ-da qrip 84 uşağı öldürüb

ABŞ-da qrip epidemiyası 84 uşağın ölümünə gətirib çıxarıb. Yeniavaz.com-un “Amerikanın səsi” radiostansiyasının rus xəbərlər xidmətinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzindən deyiblər. Bildirilir ki, bu, bütün dünyanı “donuz qripi”nin bürüdüyü 2009-cu ildən bəri ən təhlükəli epidemiyadır. Qrip epidemiyası ABŞ-ın 50 ştatının 48-də davam edir. ABŞ-da bu mövsüm epidemiyanın qarşısını almaq üçün istifadə edilmiş vaksin cəmi 25 faiz səmərəli olub. Lakin ölən uşaqların əksəri peyvənd edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top