BTC ilə 383 milyon tondan çox neft daşınıb

2017-ci il ərzində Bakı-Tblisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə təqribən 133 milyon dollar, əsaslı xərclərə isə 29 milyon dollar xərclənib. Yeniavaz.com xəbər verir ki, bu barədə "BP-Azərbaycan" şirkətindən məlumat verilib. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 383 milyon tondan artıq (təxminən 2,87 milyard barel) xam neft nəql edilib və Ceyhanda 3758 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2017-ci il ərzində isə BTC vasitəsilə təqribən 34 milyon ton (256 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 333 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Xatıraldaq ki, BTC Ko.-nun səhmdarları BP (30,10%), AzBTC (25,00%), Şevron (8,90%), Statoyl (8,71%), TPAO (6,53%), Eni (5,00%), Total (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top