"Şahdəniz"də qaz hasilatı 500 milyon kubmetr azalıb

2017-ci il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 451 milyon dollar əməliyyat xərcləri və təqribən 2 milyard 880 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aiddir. Yeniavaz.com xəbər verir ki, bu barədə "BP-Azərbaycan" şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2016-cı illə müqayisədə ötən il ərzində "Şahdəniz" əməliyyat məsrəfləri 3,8% və ya 18 milyon dollar, əsaslı məsrəflər isə 22,1% və ya 820 milyon dollar azalıb.

İl ərzində yataqdan 10,2 milyard kubmetr qaz və 2,4 milyon ton (təqribən 19 milyon barel) kondensat hasil edilib. 2016-cı illə müqayisədə qaz hasilatı 4,6% və ya 500 milyon kubmetr, kondensat hasilatı isə 4% və ya 100 min ton azalıb.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) kubmetrdir.

Xatıraldaq ki, "Şahdəniz" layihəsinin əsas iştirakçıları BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%) və NİKO (10%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top