İstirahət mərkəzi yanaraq külə döndü - VİDEO

Qəbələdə yanğın olub. Rayonunun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 m² olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı iki məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb, istirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.ARBŞəki

Qəbələ yanğın

DİGƏR XƏBƏRLƏR

Top