Ötən il 369 nəfər azərbaycanlı BP-dəki işini itirib

Bu ilin əvvəlinə olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Yeniavaz.com "BP-Azərbaycan" şirkətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətində çalışan azərbaycanlıların sayı 13,1% və ya 369 nəfər azalıb.

Şirkətdən verilən məlumatda həmçinin qeyd olunur ki, Azərbaycanda ixtisaslı işçilərinin təxminən 89%-ini yerli mütəxəssislər təşkil edir. Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə bu göstəricinin 87%-ə bərabər olub.

Qeyd edək ki, BP şirkəti hələ 2013-cü ildə açıqladığı hesabatda bildirb ki, 2014-2018-ci illər üçün beş illik milliləşdirmə planı hazırlanıb və bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top