Yevlaxın Varvara kəndində qəribə adət - FOTO

Yevlax rayonunun Varvara kəndinin maraqlı bir adət-ənənəsi var. Bugünlərdə bu rayonda olarkən bu maraqlı görüntülər diqqətimizi cəlb etdi. Belə ki, kənddəki evlərin darvazalarının üstündə bir tay qaloş, bir dənə də keçi buynuzu asılıb. Bunun səbəbini elə həmin kəndin sakinlərindən öyrəndik. Kənd sakinləri deyir ki, bunu gözdən, nəzərdən qorunmaq üçün asırlar. Əgər mənzilin girişində belə əşyalar olmazsa, nəzər evə, burada yaşayanlara öz təsirini tez göstərər.

Sakinlərin sözlərinə görə, bəd nəzərdən maraqlı "qorunma üsulu"na inananlar da var, əksini düşünənlər də. Sakinlər deyir ki, darvazalardan asılan daha çox iri heyvanların buynuzudur. Kəndlilərin düşüncəsinə görə, asılan köhnə ayaqqabılar isə bəd nəzəri uzaq edir. Qeyd edək ki, Varvara kəndində bu "qorunma üsulu" illərdir davam edir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top