Meksikada nazirin olduğu helikopter qəzaya uğradı

Meksikada göyərtəsində daxili işlər naziri Alfonso Navarretanın və Oaxaka ştatının qubernatoru Alexandro Muratanın olduğu helikopter qəzaya uğrayıb. Bu barədə “Reuters” xəbər verir. Məlumata əsasən, hər iki dövlət məmuru qəzadan sağ çıxıb, ancaq onların sağlamlıq durumu barədə məlumat yoxdur. Helikopter zəlzələdən ziyan görən zonaların havadan müşahidə uçuşu zamanı 30 metr yüksəklikdən yerdə olan avtomobilin üzərinə düşüb. Bir neçə nəfərin həlak olduğu xəbər verilir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top