Məşhur musiqiçinin 1,3 milyon avroluq violonçeli oğurlanıb

Məşhur fransız violonçel ifaçısı Ofeliya Qayar Paris yaxınlığında silahlı hücuma məruz qalıb.

Evdən çıxıb avtomobilə əyləşən musiqiçiyə naməlum şəxs bıçaqla hücum edib. Hücum edən şəxs ondan violonçelini və mobil telefonunu tələb edib.

Ofeliya Qayardan oğurlanan violonçel 1737-ci ildə hazırlanıb və 1,3 milyon avro dəyəri var. Musiqi alətinin ona deyil, CIC banka məxsus olduğu, Qayarın aləti sadəcə icarəyə götürdüyü bildirilir. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top