Heydər ƏIiyev prospektində dəhşətli qəza: 2 ölü, 2 yaralı

Bakıda dəhşətli qəza baş verib.

Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, "Lexus" orta yolda hərəkət edən 99 EL 341 dövlət nömrə nişanlı "Opel" markalı avtomobili arxadan vurub. Zərbədən "Opel" orta yoldan çıxaraq köməkçi yola düşüb.

Köməkçi yolda isə "Opel" daha iki maşına dəyib.

Hadisə zamanı "Opel"də olan hər iki sərnişinin öldüyü deyilir. "Qafqazinfo"

DİGƏR XƏBƏRLƏR

Top