Nazir Ramin Quluzadə iki şöbəni birləşdirdi - Yeni təyinat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) daha bir yeni təyinat olub.

Nazirliyin iki şöbəsi birləşdirilib.

Belə ki, NRYTN-in Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı və Elektron idarəçiliyin inkişafı şöbəsi bir yerdə fəaliyyət göstərəcək. Bu şöbəyə isə Rəşad Əzizov müdir təyin olunub.

Qeyd edək ki, Rəşad Əzizov əvvəllər Milli Məclis aparatında çalışıb. O, həmçinin İKT sahəsində elmi araşdırmalarla da məşğul olub, hüquq elmləri doktorudur.

İndiyə qədər Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri vəzifəsini icra edən İsfəndiyar Əliyev isə yeni şöbəyə müdir müavini təyin edilib.

Xatırladaq ki, bir müddət öncə Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Elnur Aslanov vəzifəsindən azad edilib.xeberler.az

DİGƏR XƏBƏRLƏR

Top