Səfilləşən ölkələrin adları məlum olub

Bu il dünyanın ən səfil ölkəsi Venesuela olub. Yeniavaz.com-un “Dünya” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyinin Les Miserables (səfillər) adını verdiyi indeksində deyilir. İndeks tərtib edilirkən əsasən artan işsizlik və inflyasiya, sürətlə hiss edilən bahalaşma göstəriciləri nəzərə alınıb. Venesuealanın indeks balı 1872-dir. Səfillər indeksində ikinci və üçüncü yeri müvafiq olaraq Cənubi Afrika Respublikası və Argentina tutub. 2015-ci ildə 9-cu olan Türkiyə bu il 5-ci yerə yüksəlib. İlk onluq aşağıdakı kimidir:

Ölkə adı İndeks balı

1. Venesuela 1872

2. Cənubi Afrika 33.1

3. Argentina 27.1

4. Misir 26.4

5. Türkiyə 20.6

6. Yunanıstan 20.6

7. Ukrayna 17.8

8. İspaniya 17.3

9. Braziliya 15.8

10. Səudiyyə Ərəbistanı 15.4

DİGƏR XƏBƏRLƏR

Top