Şərqi Qutada 3 ayda 729 dinc sakin həlak olub

Suriyada Bəşşar Əsəd rejiminin mühasirədə saxladığı Şərqi Qutada son 3 ayda endirilən zərbələr nəticəsində 729 dinc sakin həlak olub. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya İnsan Haqları Şəbəkəsindən (SNHR) deyiblər. Bildirilir ki, Əsəd rejimi və onu dəstəkləyən Rusiyanın 14 noyabr-14 fevral dövründə Şərqi Qutaya hava və qurudan endirdiyi zərbələr zamanı 185-i uşaq, 109-u qadın olmaqla 729 mülki şəxs həlak olub. Bundan başqa, son 3 ayda 2-i uşaq olmaqla 8 dinc sakin aclıq və dərman çatışmazılığından dünyasını dəyişib. SNHR rejim qüvvələrinin Şərqi Quta bölgəsində 3 dəfə kimyəvi silahdan istifadə etdiyini iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top