Türkiyədə 3 jurnalist ömürlük azadlıqdan məhrum edildi

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdi əvvəlcədən bildikləri iddiası ilə mühakimə olunan jurnalistlər Mehmet Altan, onun qardaşı Əhməd Altan və Nazlı Ilıcaka hökm oxunub.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsi jurnalistləri ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib.

Onlar “Konstitusiya nizamanı ortadan qaldırmağa təşəbbüs göstərmə” cinayət işi üzrə təqsirli bilinib.

Jurnalistlərdən başqa, Fevzi Yazıcı, Yaqub Şimşek və Şükrü Tuğrul Özşengül də eyni cəza alıblar.

DİGƏR XƏBƏRLƏR

Top