Əfqanlar Beynəlxalq Cinayət Məhkəməsinə 2 ayda milyondan çox iddia ərizəsi verib

Əfqanıstan vətəndaşları Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təqribən 1,17 milyon iddia ərizəsi təqdim edib.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, əfqanlar öz ərizələrində bildirirlər ki, hərbi cinayətlərin qurbanlarına çevriliblər.

Onlar təkcə “Taliban” radikal hərəkatı və İŞİD terror qruplaşmasının silahlılarından deyil, həm də Əfqanıstan təhlükəsizlik qüvvələri və Kabili dəstəkləyən beynəlxalq koalisiyadan şikayət ediblər.

İddialar Haaqaya 2017-ci il noyabrın 20-dən 2018-ci il yanvarın 31-dək daxil olub.

Qeyd edək ki, 2009-cu ildə Əfqanıstanda başlayan münaqişə 28 mindən çox dinc sakinin həlak olması, 52 mindən artıq insanın isə yaralanması ilə nəticələnib.

DİGƏR XƏBƏRLƏR

Top