Yunanıstan XİN: Türkiyə özünü kovboy kimi aparır

Türkiyə İmia (Kardak) adaları ətrafında baş vermiş insident zamanı qırmızı xətti keçib və növbəti dəfə Yunanıstan tərəfindən dinc addım olmayacaq.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın xarici işlər naziri Nikos Kotzias deyib.

O hesab edir ki, Türkiyə beynəlxalq hüququ pozur və coğrafiya tanımır: “İmia yunan adalarıdır. Bu, beynəlxalq hüquq və müqavilələrlə müəyyən edilib”.

Nazir qeyd edib ki, Türkiyə Suriyada işlərinin pis getməsinə və orada asan gəzinti olmadığına görə narahatdır: “Onun İraqla açıq cəbhəsi var, Ermənistanla sərhədləri bağlıdır, Kiprlə isə özünü Aralıq dənizinin şərqində kovboy kimi aparır. Yunanıstan Suriya və İraq deyil. Biz yaxşı müdafiəsi, müdafiə sistemləri, yüksək diplomatik qabiliyyəti olan baş tutmuş dövlətik”.

Xatırladaq ki, fevralın 12-də Kardak adaları ətarfında türk kateri yunan gəmisi ilə toqquşmuşdu. Bu, son dövrlər Kardak ətrafında baş vermiş ən ciddi insidentdir.

DİGƏR XƏBƏRLƏR

Top