Türkiyədə həbsdə olan alman jurnalist azadlığa buraxıldı

Almaniyanın “Die Welt” qəzetinin Türkiyə təmsilçisi Deniz Yücel Türkiyədə həbsdən azad edilib.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyi xəbəri təsdiqləyib.

Həm Türkiyə, həm də Almaniya vətəndaşı olan D. Yücel 2014-cü il fevralın 14-də saxlanılmışdı.

Jurnalist ifadə vermək üçün getdiyi polis idarəsində tutulmuşdu.

O, fevralın 27-də terror ittihamı üzrə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top