"Neftçi”nin yeni prezidenti məlum olub

“Sumqayıt”ın prezidenti Kamran Quliyev vəzifəsindən uzaqlaşıb.

O, bu gün istefa ərizəsini rəhbərliyə təqdim edərək, postundan ayrılıb.

Quliyev bundan sonra işini “Neftçi” klubunda davam etdirəcək. Belə ki, o, “ağ-qaralar”da istefa verən Orxan Hüseynzadəni əvəz edəcək.

Hüseynzadənin paytaxt təmsilçisindən ayrılmasının səbəbi onun işinin klubun təsisçisi olan SOCAR-ı qane etməməsi olub.

“Neftçi”də boş qalan prezidentlik postunu məhz Kamran Quliyev tutacaq. Apasport.az

DİGƏR XƏBƏRLƏR

Top