Yanvarda kafe və restoranlarda 98 milyon manat pul xərcləmişik

Bu ilin yanvar ayında ictimai iaşə (kafe, restoran, çayxana və s.) dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq 97,5 milyon manat olub.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 39,9 milyon manat olub.

DİGƏR XƏBƏRLƏR

Top