Qrip əleyhinə ani təsir göstərən dərman düzəldilib

Yaponiyanın “Shionogi” əczaçılıq şirkəti qrip virusuna cəmi bir sutka ərzində qalib gələn unikal preparat hazırlayıb. Yeniavaz.com-un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, mütəxəssislər preparatın düzəldilməsi üçün insanın immunçatışmazlığı virusuna (İİV) qarşı dərmanın hazırlanması zamanı əldə olunmuş biliklərdən istifadə ediblər. Onun təsiri analoji funskiyaları olan dərmanlardan fərqlənir. Preparat qrip xəstəliyinin ilkin mərhələsində metallofermentlərin fəallığını təcrid edir. Kliniki sınaqlar zamanı dərman vasitəsinin səmərəliliyi təsdiq olunub. Onda qripə yoluxmuş 1436 nəfər iştirak edib. Preparat hələlik bazara çıxarılmayıb, lakin İsveçrənin “Roche” konserni həmin dərmanın hazırlanması üçün lisenziya əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top