“Formula-1”: Filarmoniya tribunasına biletlər qalmadı

Aprel 27-29-da Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb. Bu barədə məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) veriblər. BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ilkin mərhələdə yarışa xaricdən daha böyük marağın olduğunu bildirib: “Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr siyahısının ilk üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 faizini təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib. Digər tərəfdən yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunmaqdadı. Biz ötən həftə “Jamiroquay” müsiqi qrupunun aprelin 27-də “Kristal Zal”da konsert verəcəyini elan etdik. Digər ulduzların adlarını da növbəti həftələrdə açıqlayacağıq”. Qeyd edək ki, hazırda xaricilərlə müqayisədə yerli vətəndaşlara biletlər 25 faiz daha ucuz qiymətə təklif olunur. Bu endirim yarışadək davam edəcək.Apasport

DİGƏR XƏBƏRLƏR

Top