Moskvada azərbaycanlı “avtoritet” saxlanılıb

Moskvada Federal Təhlükəsizlik Xidməti və Cinayətkar axtarış idarəsinin əməkdaşalarının keçirdiyi xüsusi əməliyyat zamanı azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qrupun 10-dan artıq iştirakçısı saxlanılıb. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Afo ləqəbli “avtoritet” Fuad Rzayev də var. İlkin məlumata görə, saxlanılanlar kriminal dairələrdə Lotu Quli kimi tanınan və postsovet məkanında ən nüfuzlu “qanuni oğru”lardan biri olan Nadir Səlifovun adından hərəkət edərək bir çox sahibkarı aylıq haqq verməyə məcbur ediblər. Bildirilir ki, 22 il həbsdə yatdıqdan sonra azadlığa çıxan Lotu Quli Ded Hasanın qətlindən və Şakro Molodoyun həbsindən sonra kriminal dünyanın boş qalmış patriarxı yerinə iddialarını elan edib. Qeyd edilir ki, Afo həyat yoldaşı Aygünə baş çəkməyə gələrkən aşkarlanıb. O, xüsusi təyinatlılara qapını açmaqdan imtina edib və pəncərədən atlayaraq qaçmağa çalışıb. Lakin qısa müddətdən sonra tutulb. Onun üzərində travmatik tapança və iki bıçaq olub. Afo tutulmazdan əvvəl üzərindəki beş mobil telefondan birini sındırıb, özünün qarın nahiyəsinə bıçaq zərbələri endirib. Afonun həyat yoldaşı da saxlanılıb. Aygün daha əvvəl saxta sənədlərin düzəldilməsinə görə məhkum edilib.

DİGƏR XƏBƏRLƏR

Top