Hər gün 10 min addım gəzməyin 9 önəmli faydası

Hərəkətsiz həyat tərzinin tətiklədiyi xəstəliklər səbəbindən hər il təxminən 5 milyon insan həyatını itirir. Yeniavaz.com xəbər verir ki, gündə 10 min addım piyada gəzməyin bu xəstəliklərin qarşısının alınmasında çox böyük faydaları var.

1. Hər gün 10 min addım gəzməyin ən böyük faydalarından biri orqanizmdə xolestrol tarazlığını qorumasıdır. Qandakı yağ səviyyəsini də piyada gəzməklə azaltmaq mümkündür.

2. Piyada gəzməklə damar sərtliyi önlənə bilir.

3. Diabet və təzyiqi yüksəldən kənar təsirləri azaltmaqda piyada gəzməyin böyük rolu var.

4. Xərçəngə qarşı qalxan rolu oynayır. Gündə 10 min addım atmaq xərçəngə tutulma riskini azaldır. Piyada gəzinti ilə bağırsağın hərəkəti sürətləndiyindən bağırsaq xərçəngi riski azalır.

5. Piyada gəzən insanların orqanizmin immunitet sistemi güclənir.

6. Piyada gəzən insanlar tədricən arıqlayır. Köklük, şişmalıq kimi problemi olanlar gündə 10 min addım piyada gəzməklə bundan tədricən qurtula bilərlər.

7. İnsult riskini azaldır. Aparılan araşdırmalara görə, mütəmadi piyada gəzən insanların insult olma riski azalır. Buna səbəb idmanla beyin arasındakı əlaqədir.

8. Gündə 10 min addım piyada gəzən insanlar axşamlar rahat yuxuya gedirlər. Lakin piyada yatana yaxın yox, daha əvvəl gəzin.

9. Piyada gəzən insanların sümükləri güclənir, qalınlaşır.

DİGƏR XƏBƏRLƏR

Top