Yeni dil kəşf edildi

Asiyanın cənub-şərqindəki Malay yarımadasında yeni dil kəşf edilib. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “Jedek” adı verilən dil İsveçdəki Lund Universitetinin dilşünasları tərəfindən kəşf olunub. Belə ki, Qərbi Malayziyada ovçuluq və yığımla məşğul olan 280 nəfər “Jedek” dilində danışır. Qeyd edək ki, dünyada təqribən 6 min dil mövcuddur. Dünya əhalisinin təxminən 80 faizi ən geniş yayılan dillərin birində, 20 faizi isə 3600 dildən birində danışır. Araşdırmaçılar dünya dillərinin yarısına yaxınının 100 il ərzində yox olacağı qənaətindədirlər.

DİGƏR XƏBƏRLƏR

Top