Nadir Qafarzadə: "Sabun zavodu açacağam"

Müğənni Nadir Qafarzadə yeni biznes quracaq.

Sənətçi bu haqda "Lider maqazin"ə açıqlamasında deyib. O bildirib ki, övladlarının gələcəyi üçün sabun zavodu açmağı planlaşdırır:

"Sosial şəbəkədə bu haqda paylaşım etdim, insanlar bunu yanlış yerə yozdular. Həqiqətən də sabun biznesi qururam. Bu, bir brend olacaq. Hər sabunun ətrinə görə adı olacaq. Hətta şou-biznes nümayəndələrinin adını qoyacam. Məsələn, Roza adını verəcəm. İndi Roza Zərgərli mənlə dava edəcək? Orada ətirlər də yer alacaq. İstəyirəm milli brendimizi yaradım.

Mən tarixdə qalacam. Həm kəşflərimlə, həm fikirlərimlə yaddaşlarda olacam".axsam.az

DİGƏR XƏBƏRLƏR

Top