Elektron siqaretlərin xərçəngə səbəb olduğu sübuta yetirilib

Daha az zərərli olduğu düşünüldüyü üçün istifadə olunan elektron siqaretlərin xərçəng və ürək xəstəliklərinə səbəb olduğu bir daha sübuta yetirilib. Araşdırmaya görə nikotin bədənə hansı yolla daxil olursa olsun, DNT-yə (dezoksiribonuklein turşusu- canlı orqanizmin formalaşması və həyati proseslərin davam etdirilə bilməsi üçün irsi informasiyanın saxlandığı, nəsillər arasında ötürülən biopolimer) zərər verir. Bunu Nyu-York Universitetinin Tibb fakültəsinin alimləri araşdırmaları zamanı ortaya çıxarıblar. Laboratoriya şəraitində elektron siqaretə məruz qalan siçanların ağciyər, məsamə və ürəklərində DNT-lərdə zədə aşkarlanıb. Elektron siqaret istifadəsi zamanı bədənə daxil olan nikotinin xərçəng xəstəliyinə səbəb ola biləcəyi vurğulanıb. Araşdırmaçılar hal-hazırda normal və elektron siqaretlərin hansının daha zərərli olduğunu araşdırır. Elektron siqaretin bütün ziyanlarının 1 il içində aparılacaq araşdırmalarda ortaya çıxacağı bildirilib.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top