Musiqi ifaçıları ilə bağlı monitorinqə başlanıldı - SƏBƏB

"Musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb". Bunu AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib. O bildirib ki, hədəf müğənnilər deyil, ifa və ifadakı qüsurlardır: "Mahnıya qulaq asanda bilmək olur ki, ifaçı hansı bölgədəndir. Bu gün bizim müəllim olan xanəndələrimiz var, həmin müəllim çox təəssüf ki, özü hansı bölgədəndirsə, onun yetişdirdiyi tələbəsi də onun dil daşıyıcısı olur. Bunun aradan qaldırılması üçün televiziyalarda nəzarət mexanizmi olmalıdır". Şöbə müdiri qeyd edib ki, aşkarlanan dil qüsurları ictimaiyyətə açıqlanacaq: "Məqsədimiz dilimizi qorumaqdır. Dil məsələsi daim nəzarətdə olmalıdır, övladlarımızın dinlədiyi, böyüdüyü mahnıların dili bizim üçün vacibdir".Report

DİGƏR XƏBƏRLƏR

Top