Yeni “Böyük Çin səddi” salınacaq


Çinin Sincan-Uyğur muxtar bölgəsində “Böyük sədd” salınacaq. Bu barədə “China Daily” bölgənin başçısı Şokrat Zakirə istinadən xəbər yayıb. Yeni sədd sərhəd boyunca 5.7 kilometrə qədər məsafədə təhlükəsizlik səviyyəsinin artırılmasına xidmət edəcək. Region başçısının sözlərinə görə, əsas məqsəd ölkə xaricindən “ekstremistlər, separatçılar və terrorçuların” daxil olmasına əngəl yaratmaqdır. “Əsas sahələrdə sosial müdafiə və təhlükəsizliyin təmin olunması üçün sərhəddə heç bir dəlik və ya gözəgörünməz nöqtənin qalmamasına çalışacağıq”, - deyə bölgənin lideri Urumçidə 13-cü regional xalq konqresinin illik sessiyasında bildirib. Zakir bildirib ki, Sincan hökuməti təhlükəsizlik məqsədilə internetə nəzarəti gücləndirəcək, sərhədyanı ərazilərdə infrastrukturu yaxşılaşdıracaq.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top