Ötən il restoran və kafelərdə 1,4 milyard manat pul xərcləmişik

2017-ci ildə ictimai iaşə dövriyyəsi 2016-cı illə müqayisədə real ifadədə 3,4 faiz artaraq 1 milyard 401,8 milyon manat olub. Yeniavaz.com Dövlət statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı illə müqayisədə 3,7 faiz artaraq 589,6 milyon manat olub.

DİGƏR XƏBƏRLƏR

Top