Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

HADİSƏ

Bakıda avtomobil oğruları həbs olunub

20.01.2018 16:15


Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Daxili İşlər Nazirliyindən bildiriblər ki, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə isə Yeni Günəşli və Zığ qəsəbələrindən iki avtomobilin qaçırılması barədə məlumatlar daxil olub. Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərin qaçırılmaları müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb. Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib. Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.Oxu.az

Oxundu 191

© 2018 - NSPSOLUTIONS