İl ərzində 5 nəfərə 1 cüt corab, 50 nəfərə isə 1 cüt ayaqqabı istehsal edilib

Ötən il ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 262,5 milyon manat dəyərində məhsul istehsal edilib.

Yeniavaz.com Dövlət statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2016-cı illə müqayisədə toxuculuq sənayesində 44,7 faiz, geyim istehsalında 15,5 faiz artım, dəri və dəridən məmulatların istehsalında isə 4,7 faiz azalma müşahidə olunub.

Hesabat dövrü ərzində 2 milyon 91,4 min ədəd corab, 196,5 min cüt ayaqqabı istehsal olunub. Corab istehsalı 21,3 faiz artıb, ayaqqabı istehsalı isə 46,1 faiz azalıb. Ölkə əhalisinin sayının nəzərə alsaq o zaman il ərzində təxminən 5 nəfərə 1, 50 nəfərə isə 1 cüt ayaqqabı istehsal olunub.

DİGƏR XƏBƏRLƏR

Top