Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

İQTİSADİYYAT

Maliyyə bazarları neftin kəskin ucuzlaşmasından əziyyət çəkə bilər

20.01.2018 15:40

Qlobal neft bazarında kommersiya xarakterli, yəni spekulyativ olmayan xalis qısa mövqelərin müqavilələrin sayı rekord həddə çatıb. Bu barədə əmtəə bazarını araşdıran "SRSrocco Report" şirkətinin hesabatında bildirilir.

Hesabata əsasən, sözügedən göstərici ötən həftə 26 min ədəd və yaxud 4% artaraq 674 min ədəd təşkil edib. Bu, 2014-cü ildəki iqtisadi böhran dövrü ilə müqayisədə 174 min ədəd çoxdur. Xatırladaq ki, 2014-cü ilin ortalarından başlayaraq əmtəə birjalarında neftin qiyməti 105 dollar/bareldən 2016-cı ilin əvvəlində 30 dollar/barelə qədər düşüb və nəticədə maliyyə bazarları böhranla üzləşib.

Analitiklər, bu dəfə də neft qiymətlərində yarana biləcək kəskin azalmanın təsirinin maliyyə bazarlarına sıçrayacağını və növbəti böhrana səbəb olacağını istina etmirlər. "SRSrocco" hesabatında, maliyyə bazarlarında risklərin artması durumunda, pərakəndə investorların qızıla yönələcəklərini proqnozlaşdırılıb. report

Oxundu 179

© 2018 - NSPSOLUTIONS