“WhatsApp” pulsuz əlavə buraxdı

“WhatsApp” pulsuz əlavə buraxıb. “Yeniavaz.com”un “Life.ru” portalına istinadən verdiyi məlumata görə, yeni əlavə şəxsi yazışma ilə işgüzar yazışmanı ayırmaq üçün nəzərdə tutulub. Yeni tətbiq dolğun biznes-profili qurmağa və onun üzrə statistikanı izləməyə imkan verir. Əlavənin “WhatsApp”ın adi versiyasından əsas fərqi ondadır ki, sahibkarlar indi öz firmasının profilini aça bilərlər. Belə ki, akkauntda müəssisənin sahəsini, göstərilən xidmətləri, telefonların nömrələrini, iş ünvanını və veb saytı göstərmək təklif olunur. Bundan başqa, statistik göstəriciləri izləmək və sürətli məlumatlar üçün şablonlar yaratmaq mümkün olacaq. Fırıldaqçılığın qarşısını almaq üçün sonradan biznes-akkauntların verifikasiyası tətbiq ediləcək. Adi isitifadəçilər yeni əlavəni yükləmədən “WhatsApp”dan əvvəlki kimi istifadə edə biləcəklər. Onların şirkətlərdən məlumatların daxil olmasını bloklamağa və spamdan şikayət etməyə haqqı olacaq. Yeni tətbiq hələlik ABŞ, İndoneziya, İtaliya, Meksika və Böyük Britaniyada “Android” əməliyyat sistemi ilə işləyən cihazlar üçün əlçatandır.

DİGƏR XƏBƏRLƏR

Top